- İşin içi
- 13:02
- 1 221
"Bakı Fond Birjası"nın dövriyyəsi 9 %-ə yaxın azalıb
Bu ilin yanvar-noyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 58 milyard 173,391 milyon manat təşkil edib.
Aznews.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 % azdır.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,5 dəfə azalaraq 26 785 olub.
BFB-nin dövriyyəsinin 80,5 %-i, yaxud 46 milyard 818,221 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 16,1 % azdır.
Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 57 % artaraq 9 milyard 153,04 milyon manat, korporativ qiymətli kağızlar üzrə əqdlərin dəyəri isə 5,5 % artaraq 2 milyard 202,13 milyon manat olub.