Azərbaycanda dövlət qurumlarına verilən yeni domenlərin sayı bu qədər artıb

2025-ci ildə Azərbaycanda dövlət qurumlarının istifadəsinə 65 yeni domen verilib.

Aznews.az xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 1,6 % çoxdur.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 285 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 22 % azdır.

2024-cü ildə dövlət qurumları 64 yeni domen və 367 yeni subdomen alıb.