- İşin içi
- 6 Yanvar 17:11
- 1 374
Təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı artıb
Ötən il Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin apardığı audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 1 264 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.
Aznews.az xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 47,5 % çoxdur.
Təkcə ötən ay isə 86 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 1 il əvvələ nisbətən 24,6 % çoxdur.
2024-cü ildə dövlət qurumlarının 857 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da əvvəlki illə müqayisədə 23 % çoxdur.