Lisenziyalar azaldıldı

Bunu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin iclasında məlumat verib.


O qeyd edib ki, "Lisenziyalar və icazələr haqqında" qanun layihəsi ikinci oxunuşdan sonra kifayət qədər araşdırılıb:

"Bu qanun layihəsi üzərində kifayət qədər ətraflı işlənilib və xeyli təkliflər nəzərə alınıb.

Sizə təklif edilən qanun layihəsində 32 sahə, 78 istiqamət üzrə lisenziya nəzərdə tutulub ki, bu da əvvəlki variantdan iki dəfə azdır. Eyni zamanda, bank, sığorta ilə bağlı lisenziyalar Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilib. Beləliklə, lisenziyalar azaldılıb.

Başqa sözlə, 23 sahədə 80 istiqamət üzrə lisenziyalar qalıb. Əvvəlki layihədə 300-dən yuxarı icazələr nəzərdə tutulmuşdu, indi bu icazələrin sayı 80-ə endirilib".

Sonda qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

Modern.az