- Köhnə - İqtisadiyyat
- 27 Avqust 2016 15:10
- 5 448
Rusiyanın 7 aviaşirkətinin Azərbaycana uçuş icazəsi ləğv edildi

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi yeddi aviaşirkətin Azərbaycan şəhərlərinə uçuşlarına verilmiş icazələrini geri götürüb.
Söhbət "Koqalımavia", "Yamal", "Saratob hava yolları", "YuTeyr", "İjavia", "Taymır" və "VİM-AVİA" şirkətlərindən gedir.
Buna səbəb kimi həmin şirkətlərin icazə aldıqdan sonra Azərbaycana uçuşlar həyata keçirməməsi olub.
Trend.az