Rusiya Federasiyasının “Marine Offshore Contractor” MMC şirkəti ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC arasında “Qurban Abbasov” kran gəmisinin icarəyə verilməsinə dair danışıqlar aparılır. Rusiya Federasiyasının “Marine Offshore Contractor” MMC şirkəti ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC arasında “Qurban Abbasov” kran gəmisinin icarəyə verilməsinə dair danışıqlar aparılır.

“Qurban Abbasov” kran gəmisinin icarəyə verilməsinə dair Rusiya ilə danışıqlar aparılır

Rusiya Federasiyasının “Marine Offshore Contractor” MMC şirkəti ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC arasında “Qurban Abbasov” kran gəmisinin icarəyə verilməsinə dair danışıqlar aparılır.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin mətbuat katibliyindən Azərtac-a bildirilib ki, “AXDG” QSC-nin sədri Rauf Vəliyevlə görüşdə qonaqlar gəmiyə ətraflı baxış keçirdiklərini və onun texniki göstəricilərindən tam razı qaldıqlarını bildiriblər. Sonuncu təmir zamanı tamamilə modernləşdirilən “Qurban Abbasov” kran gəmisinin Xəzərin Rusiyaya aid sularında istismar olunması nəzərdə tutulur.

Söhbət zamanı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev indiyədək əməkdaşlıq etdikləri digər şirkətlər kimi, “Marine Offshore Contractor” MMC-nin də etibarlı tərəfdaş olacağına əminliyini ifadə edib. Görüşdə eyni zamanda gələcəkdə birgə layihələr çərçivəsində əməkdaşlıq perspektivləri də müzakirə olunub.

AzNews.az