ABŞ hökuməti Ermənistan ilə demokratiya və idarəçilik proqramlarına yardım haqqında yeni saziş imzalayacaq. ABŞ hökuməti Ermənistan ilə demokratiya və idarəçilik proqramlarına yardım haqqında yeni saziş imzalayacaq.

ABŞ-ın Ermənistana yardımı davam edir

ABŞ hökuməti Ermənistan ilə demokratiya və idarəçilik proqramlarına yardım haqqında yeni saziş imzalayacaq.



Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Yerevan ofisinin rəhbəri Karen Hilliard Ermənistanın Baş naziri Tiqran Sarkisyan ilə görüşdə deyib.

O qeyd edib ki, Ermənistanın demokratiya və idarəçilik sahələrinə nəzərdə tutulan yardımın məqsədi daha səmərəli və məsuliyyətli idarəçilik sisteminin formalaşdırılmasına, xarici investisiyaların artırılmasına, vətəndaş cəmiyyətinin inkişafına və möhkəmləndirilməsinə, korrupsiya ilə mübarizəyə kömək etməkdir.

USAID nəzərdə tutulan saziş çərçivəsində yaxın 5 il ərzində Ermənistana demokratik islahatlara yardım etmək üçün maliyyə qismində 32 milyon dollar ayırmağı planlaşdırır.

Cari il martın 31-dək sazişin imzalanması planlaşdırılır.

AzNews.az