"Azərbaycan, Gürcüstan və Türkiyənin BMT yanındakı daimi nümayəndəliklərinin “Cənub Qaz Dəhlizinin” bir hissəsi olan TANAP-la bağlı müraciəti əslində regionun siyasi oyunçularına və dünya ictimaiyyətinə bir işarədir. Onlar bildirirlər ki, özündə güc tapıb “Əsrin müqaviləsi” nə qoşulmayan qüvvələr tarixən daim əziyyət çəkəcək və regional əsarətdən və asılılıqdan xilas ola bilməyəcəklər". "Azərbaycan, Gürcüstan və Türkiyənin BMT yanındakı daimi nümayəndəliklərinin “Cənub Qaz Dəhlizinin” bir hissəsi olan TANAP-la bağlı müraciəti əslində regionun siyasi oyunçularına və dünya ictimaiyyətinə bir işarədir. Onlar bildirirlər ki, özündə güc tapıb “Əsrin müqaviləsi” nə qoşulmayan qüvvələr tarixən daim əziyyət çəkəcək və regional əsarətdən və asılılıqdan xilas ola bilməyəcəklər".

“Əsrin müqaviləsi” nə qoşulmayan qüvvələr əziyyət çəkəcəklər” - Foto

"Azərbaycan, Gürcüstan və Türkiyənin BMT yanındakı daimi nümayəndəliklərinin “Cənub Qaz Dəhlizinin” bir hissəsi olan TANAP-la bağlı müraciəti əslində regionun siyasi oyunçularına və dünya ictimaiyyətinə bir işarədir. Onlar bildirirlər ki, özündə güc tapıb “Əsrin müqaviləsi” nə qoşulmayan qüvvələr tarixən daim əziyyət çəkəcək və regional əsarətdən və asılılıqdan xilas ola bilməyəcəklər".

AzNews.az Report-a istinadən xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında müstəqil gürcü eksperti David Avalişvili söyləyib.

O deyib ki, “Cənub Qaz Dəhlizi” Avropa ilə Cənubi Qafqaz regionu arasında təkcə energetika sahəsində deyil, bütün sahələrdə əməkdaşlığı gücləndirəcək. Eyni zamanda, 40 milyard dollarlıq bu layihə enerji təhlükəsizliyində, sülhün təmin olunmasında və regional əməkdaşlıqda mühüm rol oynayacaq.

Ekspertin fikrincə Azərbaycan, Gürcüstan və Türkiyə BMT platformasında siyasi məsələlərdə də fəal əməkdaşlıq edirlər. Azərbaycan ilə Gürcüstan qaçqın və məcburi köçkünlərin məsələlərində BMT-də səsvermədə eyni mövqedən çıxış etmələri ənənə halını alıb. Bu da region ölkələrinin birgə əməkdaşlığının əsas amildir.