ATV-yə dövlət büdcəsindən vəsait ayrılacaq

Azərbaycanın 2013-cü il üçün dövlət büdcəsində ATV telekanalına vəsaitin ayrılması nəzərdə tutulur. APA-nın məlumatına görə, bu, Azərbaycanın 2013-cü ilin dövlət büdcəsinin layihəsində əksini tapıb.

Layihədə qeyd olunub ki, Azərbaycan həqiqətlərinin "ATV International" (ATV Int) beynəlxalq televiziya kanalı vasitəsilə xarici dillərdə dünya ictimaiyyətinə təqdim edilməsi məqsədilə 2013-cü ildən başlayaraq dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulacaq.

Bundan başqa, ilk dəfə olaraq 2013-cü ilin dövlət büdcəsində Azərbaycanın bəzi xarici ölkələrdəki diplomatik orqanlarında təhsil məsələləri üzrə müşavirlərin fəaliyyəti ilə bağlı xərclər və və UNISEF tərəfindən yeni 10 həftəlik pilot layihə kimi, məktəbə hazırlıq təhsilinin yeni modelinin tətbiqi ilə bağlı xərclər də nəzərdə tutulub.

AzNews.az