Şirkətin quyular üzrə vitse-prezidenti dəyişdi Şirkətin quyular üzrə vitse-prezidenti dəyişdi

bp tənqiddən nəticə çıxarır

Şirkətin quyular üzrə vitse-prezidenti dəyişdi



Prezident İlham Əliyevin ötən həftə keçirdiyi müşavirədə "bp-Azərbaycan" şirkətini kəskin tənqid etməsindən sonar bəzi addımların atıldığı müşahidə olunur.

Belə ki "bp-Azərbaycan" şirkətinin quyular üzrə vitse-prezidenti dəyişdirilərək vəzifəyə Cim Kaui gətirilib. Ona qədər isə bu vəzifəni bp Qrupunun Quyular üzrə İnstitutuna təyinat alan Qari Kristman icra edib.

AzNews.az AzərTAc-a istinadən bildirir ki, "bp-Azərbaycan"dan verilən məlumata əsasən quyular üzrə vitse-prezident regiondakı quyularla bağlı bütün fəaliyyətə cavabdehdir.

Cim Kauinin neft sənayesində 32 illik təcrübəsi olduğu, Bakıda quyular üzrə 300-dən çox mütəxəssisdən ibarət bir qrupa rəhbərlik edəcəyi bildirilir. Bakıdakı quyular üzrə qrupa 10 yeni mütəxəssis mühəndis də qoşulacaq.

Gültəkin
AzNews.az