- Köhnə - İqtisadiyyat
- 18 Avqust 2015 17:10
- 4 526
“Parabank”ın əməli məhkəmədə araşdırılacaq
Bank tərəfindən evi əlindən alınan qadının şikayəti Bakı Apellyasiya Məhkəməsində icraata götürülüb.
Bu barədə AzNews.az-a açıqlama verən Tamella Mahmudovanın sözlərinə görə, artıq şikayətə baxacaq hakim müəyyənləşib:
"İşə hakim Aygün Abdullayevanın sədrliyi ilə baxılacaq. Apellyasiya Məhkəməsindən bildirdilər ki, hazırda hakim məzuniyyətdədir. O, işə sentyabrın ortalarında çıxacaq. Məhkəmənin vaxtı da bundan sonra təyin olunacaq".
T.Mahmudovanın sözlərinə görə, məsələ ilə bağlı dövlət orqanlarına edilən müraciətlərə də artıq reaksiya verilib:
"Məsələ ilə bağlı Vergilər Nazirliyinə və Prezidentə müraciət etmişdim. Artıq Vergilər Nazirliyindən cavab məktubu göndərilib ki, məsələ araşdırılıb mənə də məlumat veriləcək. Mən hüquqlarımın bərpası üçün sonadək mübarizə aparmaq niyyətindəyəm".
Qeyd edək ki, "Parabank" Tamella Mahmudovanın Xəzər rayonunda yerləşən və hazırda maya dəyəri təxminən 200 min dollar civarında olan evini fırıldaqla, tamamiylə qanunsuz yollarla əlindən alaraq onu küçələrə salıb. İndi o, evsiz-eşiksiz, acınacaqlı vəziyyətdə küçələrdə qalıb.
Hansı ki, məhkəmə T.Mahmudovanın xeyrinə qərar çıxarıb. Qərara görə, ev təcili şəkildə boşaldılmalı və yiyəsinə qaytarılmalıdır. Ancaq "Parabank" yalnız müştərilərinin haqqlarını, hüquqlarını deyil, dövlət qanunlarını, qanunların aliliyini belə taptalamağa davam edir.
Hazırda zərəçəkmişin evində qanunsuz şəkildə yaşayan Mahnud İlqar adlı şəxs də məhkəmə qərarına baxmayaraq, evdən çıxmaq üçün evin qanuni sahibəsindən 200 min manat pul tələb edir.
Şikayətçinin sözlərinə görə, evinə girən şəxs onu hədələyir, "Parabank" rəhbərliyinin ona məhkəmə qərarını dəyişdirəcəkləri barədə söz verdiklərini deyir.
Xalid