Bakının Nəsimi, Yasamal və Sabunçu rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Bakının Nəsimi, Yasamal və Sabunçu rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Sabah Bakının bu rayonları qazsız qalacaq

Bakının Nəsimi, Yasamal və Sabunçu rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.


"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, abonentlərin qaz təchizatını yaxşılaşdırmaq məqsədilə, qaz kəmərlərinin üzərində qaztənzimləyici avadanlıqların quraşdırılması və tədbirlər planında nəzərdə tutulmuş dairəvi birləşmələrin yerinə yetirilməsi, həmçinin orta təzyiqli qaz xətti üzərində RDUK-200 tipli qaztənzimləyici qurğunun quraşdırılması ilə əlaqədar sentyabrın 16-da saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun 1, 2, 3, 4 və 5-ci mikrorayonlarında, M.Cəlal, C.Məmmədquluzadə, H.Seyidzadə, A.Məhərrəmov küçələrinin, Tbilisi prospektinin və sabunçu rayonunun Zabrat və Balaxanı qəsəbələrinin, həmçinin Yasamal rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.