Banklara 200 milyon dollar yardımı – Hərrac olacaq

Dövlət Neft Fondu (ARDNF) növbəti valyuta satışını həyata keçirəcək.


Bu barədə AzNews.az-a Fonddan məlumat verilib. Məlumata görə, sabah hərrac Mərkəzi Bank vasitəsilə təşkil ediləcək. Hərracda ölkədəki bütün bankların iştirak etmək imkanı var. Hərraca 200 milyon ABŞ dolları məbləğində vəsait çıxarılacaq.

Fonddan bildirilib ki, il ərzində hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.