İranlı general dünyada sülhü müdafiə edən ən görkəmli 10 şəxsdən biri seçilib. İranlı general dünyada sülhü müdafiə edən ən görkəmli 10 şəxsdən biri seçilib.

İranlı general sülhü müdafiə edən ən görkəmli 10 şəxsdən biri seçildi

İranlı general dünyada sülhü müdafiə edən ən görkəmli 10 şəxsdən biri seçilib.

ABŞ da nəşr olunan tanınmış “Foreign Policy” jurnalının keçirdiyi sorğuya əsasən İslam İnqilabının Keşikçiləri Korpusunun “Qüds” briqadasının komandiri general Qasım Süleymani “dünyada sülhü müdafiə edən 10 ən görkəmli xadim” siyahısına daxil edilib.

Jurnalın xüsusi buraxılışında qeyd olunub ki, general Q.Süleymani, həmçinin təhlükəsizlik və müdafiə üzrə dünyanın 10 ən görkəmli mütəxəssislərindən biridir.

Jurnal nəzərə çatdırıb ki, general ABŞ Prezidenti Donald Trampın təhdidlərinə cavab verən yeganə hərbçidir. Jurnal generalın ABŞ Prezidentinə cavabından sitat gətirib. Q.Süleymani D. Trampa cavab verərək bildirib ki, “Deyirəm ki, biləsiniz, biz sizin ağlınıza belə gəlməyən yerdə, sizin yanınızda olacağıq”. Bu cavabla general İran hərbçilərinin Suriya və İraqdan çəkilməyəcəyini bəyan edib və dediyi kimi də hərəkət edib.

“Foreign Policy” jurnalı hər il keçirdiyi sorğu əsasında müdafiə sahəsində dünyanın ən görkəmli adamını müəyyən edir. 2018-ci ildə isə bu siyahıda general Q.Süleymani ilə yanaşı, Almaniyanın müdafiə naziri, Meksikanın daxili işlər naziri, Efiopiya və Banqladeşin baş nazirləri də yer alıblar.

Xatırladaq ki, Azərbaycan əsilli İran generalı Q.Sülüymani İran və Suriyada radikal terror qruplaşmalarına qarşı aparılan mübarizədə xüsusi şücaəti ilə seçilib. Məhz onun rəhbərliyi ilə keçirilən hərbi əməliyyatların nəticəsində İraqın bir sıra regionları terrorçulardan təmizlənib və İran Suriyadakı mövqelərini qoruyub saxlaya bilib.

Heç bir hərbi təhsili olmayan general Q.Süleymani İran-İraq müharibəsi zamanında da istedadı ilə fərqlənib.(AZƏRTAC)

© AzNews.az