Gürcüstanda siqaret istifadəçilərinə yeni qadağa

Qanunu pozan şəxslərə maliyyə sanksiyaları tətbiq olunacaq

Gürcüstanda yanvarın 1-dən etibarən tütün məmulatları istifadəçilərinə yeni qadağa tətbiq olunacaq.

Mövcud qüvvədə olan qanunvericiliyə əsasən Gürcüstanda kafe, restoran, kinoteatr, digər bina və ictimai yerlərdə tütün məmulatlarından istifadə qadağandır. Yanvar ayından etibarən bu siyahıya idman meydançaları və böyük stadionlar da əlavə olunacaq.

Qanunu pozan şəxslərə maliyyə sanksiyaları tətbiq olunacaq.(AZƏRTAC)

AzNews.az