- Ermənistan və Gürcüstan
- 25 Sentyabr 2020 12:37
- 4 323
Gürcüstanda yoluxma sayında yeni rekord
Ölkədə koronavirusa yoluxma halı 4 664-ə çatıb
Gürcüstanda son sutka ərzində koronavirusa gündəlik yoluxma sayında daha bir rekord yaşanıb.
AzNews.az “StopCov” portalına istinadən xəbər verir ki, son 24 saatda 265 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxma halı 4 664-ə çatıb.
Xəstəlikdən ölənlərin sayı daha 1 nəfər artaraq 26-ya çatıb. 54 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə sağalanların sayı isə 1 759-dur.