Ruhani hadisələri provokasiya etməkdə günahlandırılan Trampın vəzifə müddətində ölkəsinə və dünyaya böyük ziyan vurduğunu söyləyib Ruhani hadisələri provokasiya etməkdə günahlandırılan Trampın vəzifə müddətində ölkəsinə və dünyaya böyük ziyan vurduğunu söyləyib

Ruhanidən ABŞ-dakı hadisələrə reaksiya

Ruhani hadisələri provokasiya etməkdə günahlandırılan Trampın vəzifə müddətində ölkəsinə və dünyaya böyük ziyan vurduğunu söyləyib

İran Prezidenti Həsən Ruhani Tramp tərəfdarlarının polis barrikadasını qıraraq Konqres binasına zorla daxil olmasına münasibət bildirib.

AzNews.az xəbər verir ki, o, İran dövlət kanalına açıqlamasında qərb ölkələrində demokratiyanın zəif olduğunu qeyd edib:

“Dünən və bu gün ABŞ-da gördüklərimiz Qərb demokratiyasının nə qədər zəif, uğursuz və güclü bir təməldən məhrum olduğunu göstərdi. Bu ölkələrdə elm və texnologiyanın inkişafına baxmayaraq populizmin bir çox əsaslarının olduğunu gördük”.

Ruhani hadisələri provokasiya etməkdə günahlandırılan Trampın vəzifə müddətində ölkəsinə və dünyaya böyük ziyan vurduğunu söyləyib:

“Bir populist insanın 4 il ərzində ölkəsinə nələr gətirdiyini, ölkəsinin şərəfini tapdaladığını və bu şəxsin bölgəmizə nə etdiyini gördük”.

O, “İki həftə sonra Ağ Evdə vəzifəyə başlayanlar bu zərəri kompensasiya etməli və Amerika xalqını böyük bir millət olaraq həqiqi mövqeyinə qaytarmalıdırlar. Onlar (Bayden administrasiyası -red.) beynəlxalq cəmiyyətin sahib olmalı olduğu şərtlərə, yəni səbəb və qanuna qayıtmalıdırlar”,- deyə açıqlamasında vurğulayıb.