Bu barədə Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti məlumat yayıb Bu barədə Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti məlumat yayıb

Saakaşvili səhhəti pisləşdiyindən xəstəxanaya yerləşdirilib - YENİLƏNİB

Bu barədə Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti məlumat yayıb

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili sağlamlıq vəziyyətinin pisləşməsi ilə əlaqədar helikopterlə Gldani Həbsxana Hospitalına köçürülüb.

Aznews.az xəbər verir ki, bu barədə Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti məlumat yayıb. Qeyd olunub ki, sabiq Prezidentin sağlamlıq vəziyyətinin pisləşməsinin qarşısını almaq məqsədi ilə saxlanıldığı 12 saylı Rustavi cəzaçəkmə müəssisəsindən 18 saylı Gldani Həbsxana Hospitalına transfer edilib.

Qeyd edək ki, bu gün səhər M. Saakaşvilinin şəxsi həkimi bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən yaradılan həkimlər şurası sabiq Prezidentin səhhəti pisləşdiyindən təcili olaraq xəstəxanaya yerləşdirilməi ilə bağlı yekdil nəticəyə gəlib.

***

18:23

Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvili saxlanıldığı 12 saylı Rustavi Cəzaçəkmə müəssisəsindən helikopterlə naməlum istiqamətə aparılıb.

AzNews.az xəbər verir ki, bu barədə M. Saakaşvilinin anası Giuli Alasania açıqlama verib.

Bildirib ki, M. Saakaşvilinin daha müasir tibbi avadanlıqlarla təchiz edilmiş Qori hərbi hospitalına aparıldığını ehtimal edir.

Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti məsələyə münasibət bildirməyib.

Qeyd edək ki, oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilən sabiq Prezident M. Saakaşvili 39 gündür aclıq aksiyası keçirir.