Gədəbəydə bıçaqlanma olub. Gədəbəydə bıçaqlanma olub.

20 yaşlı gənc qonşusu tərəfindən bıçaqlandı

Gədəbəydə bıçaqlanma olub.


Rayonun Maarif kənd sakini 1996-cı il təvəllüdlü Yaşar Nəbiyev qarın nahiyəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, Y. Nəbiyev münaqişə zəminində qonşusu tərəfindən bıçaqlanıb.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

APA.az