Bakıda adam oğurluğu faktı qeydə alınıb Bakıda adam oğurluğu faktı qeydə alınıb

Adam oğurluğu ilə məşğul olan 6 nəfər saxlanıldı

Bakıda adam oğurluğu faktı qeydə alınıb




Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bilsuvar rayon sakini 32 yaşlı Səbuhi Əliyev Səbail rayonu ərazisindən nazirliyin 102 zəng xidmət mərkəzinə müraciət edib. O bildirib ki, bir neçə gün əvvəl Xətai rayonu Gəncə prospekti 54 ünvanının qarşısında tanıdığı iki nəfər şəxs: İlqar Musayev və Ramil Vəliyev onu "Hyundai" markalı avtomobilə mindirərək aparıblar. Həmin şəxslər külli miqdarda borc pulun müqabilində S.Əliyevi girov saxlayıblar.

Aparılmış araşdırmalar nəticəsində S.Əliyevin bildirdiyi faktla təsdiqini tapıb. Onu girov saxlamaqda şübhəli bilinən İlqar Musayev, Ramil Vəliyev, eləcə də paytaxt sakinləri Tahir Mollayev, Həbib Qarayev, Tərtər rayon sakinləri Elnur Bayramov və Azər Cavadov tutulublar.

Faktla əlaqədar cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə iş başlanılıb, araşdırmalar aparılır.

AzNews.az