Nazirliyin adından istifadə edən şəxslər saxlanılıb

Xaçmaz rayonunda Maliyyə Nazirliyinin və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin adından istifadə edərək vətəndaşları aldadan iki nəfər barəsində araşdırmalara başlanılıb.

Xaçmaz Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, Salyan rayon sakinləri Teymur Həsənov və Cəfərağa Musayev barəsində istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir. Hər iki şəxs "Sahibkarlıq və Hüquq" MMC-nin əməkdaşlarıdır.

AzNews.az