- Köhnə - Kriminal
- 7 Fevral 2014 15:10
- 6 773
Lotu Qulinin yaxın adamı qalmaqallı layihədən imtina etdi

Yekaterinburq meri, azərbaycanlı "qanuni oğru" Lotu Qulinin yaxın adamı kimi təqdim edilən və seçkidən əvvəl azərbaycanlı kriminal avtoritetlərin dəstəyini qazanan Yevgeni Royzman qalmaqallı layihəsindən imtina edib.
O, "Narkotiklərsiz Şəhər" Fondunun təsisçiləri siyahısından çıxıb.
AzNews.az xəbər verir ki, Royzmanın bu qərarı verməsinə mer seçkiləri zamanı və ondan sonrakı dövrdə adı ətrafında yaranan qalmaqallar səbəb olub. Bir neçə ildir ki, fəaliyyət göstərən fond son zamanlar tənqidlərə məruz qalıb.
Hətta fonda məxsus reablitasiya mərkəzlərində müalicəyə cəlb olunanların fiziki təzyiqlərə məruz qaldığı bildirilib.
Fonda qarşı cinayət işi açılıb. Fondun vitse-prezidenti Yevgeni Malenkin isə İnterpol tərəfindən axtarılır.
Elnarə
AzNews.az