İyulun 30-da Bakının Nərimanov rayonunda yerləşən “Unibank”ın Əcəmi filialında Ofeliya Haqverdiyeva və Mətanət Novruzova saxlanılıb. İyulun 30-da Bakının Nərimanov rayonunda yerləşən “Unibank”ın Əcəmi filialında Ofeliya Haqverdiyeva və Mətanət Novruzova saxlanılıb.

Bakıda dələduz qadınlar saxlanıldı - Bankda fırıldaq

İyulun 30-da Bakının Nərimanov rayonunda yerləşən “Unibank”ın Əcəmi filialında Ofeliya Haqverdiyeva və Mətanət Novruzova saxlanılıb.


Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, qadınlar bank işçisinə 1 ədəd 50 manatlıq saxta əskinas vermək istəyiblər.

Onlar Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq 19-cu PB-yə təhvil verilib.