Havadakı istilik, nəm, təzyiq, külək kimi faktorların ani mübadiləsi immunitet sisteminə təsir edir. Bu dəyişikliklər də bəzi xəstəlikləri özü ilə gətirir. Havadakı istilik, nəm, təzyiq, külək kimi faktorların ani mübadiləsi immunitet sisteminə təsir edir. Bu dəyişikliklər də bəzi xəstəlikləri özü ilə gətirir.

Orqanizminiz bahara hazırdırmı? - Maraqlı

Havadakı istilik, nəm, təzyiq, külək kimi faktorların ani mübadiləsi immunitet sisteminə təsir edir. Bu dəyişikliklər də bəzi xəstəlikləri özü ilə gətirir.

Bahar fəslində sağlam qalmağın yolları haqqında aşağıdakıları oxuduqdan sonra məlumatlana bilərsiniz.

Əsəb və gərginliyinizin səbəbi bahar yorğunluğu ola bilər.
Halsızlıq, yorğunluq və bədbəxtlik hissi, bütün bədəndə xüsusilə əzələlərdə ağrılar, yuxuya getməmək, oyana bilməmək və davamlı gərginlik halı bahar yorğunluğunun əlamətləri arasındadır.

Bu da, iş performansının və həyat keyfiyyətinin düşməsinə səbəb ola bilər. Bahar yorğunluğu zənn edilən bəzi əlamətlərin altından qansızlıq, hipotiroid və başqa xəstəliklər də ortaya çıxa bilər.

Bu səbəblə də insan özündə bir narahatlıq hiss edən zaman mütləq bir həkimə getməlidir. Bahara uyğunlaşmanı təmin etməyə çalışan bədən, daha uzun müddət gün işığına məruz qalır.

Gecələrin qısalması və günlərin uzanması, saatların irəliyə alınması kimi faktorlar bədənin hormon tarazlığını dəyişdirərək yuxu nizamına mənfi təsir edər. Yuxu nizamındakı bu dəyişikliklər - bədənin kifayət qədər dincəlməməsinə, davamlı yorğunluq, unutqanlığa və s. yol açar.

Xüsusilə gərgin iş tempinə sahib olanlar, stressli kəslər yalnız baş ağrısı deyil- kürək, boyun, çiyin əzələlərində və bədənin müxtəlif oynaqlarında ağrılar hiss edər.

Bahar aylarında depressiya riski çox yüksək

Bahar mövsümü, adamın psixoloji vəziyyətini də təsir edər.
Bahar depressiyası, fəslin dəyişimini göstərmək xaricində ümumi olaraq digər depressiyalara bənzər əlamətlər daşıyan bir xəstəlikdir.
Belə ki, insanların qeyri-kafi günəş işığı alması beyində bəzi kimyəvi maddələrin səviyyələrini pozar. Bu hormonlar adamın bədən istiliyi nizamlanması və yuxu-oyanıqlıq nizamında əhəmiyyətli rol oynayar.

Bioloji saatın pozulması ilə adam depressiyaya daha açıq hala gəlir.
Günəşli havalarda daha şən, bağlı havalarda cansız və melanxolik olan kəslərdə, çox vaxt bioloji saatda ləngimələr var. Genetik uyğunluğu olan kəslərdə bu vəziyyət daha tez ortaya çıxar, intihara qədər gedə bilər

Mədə xəstəlikləri də artır

Xüsusilə bahar və yaz aylarında ən sıx rast gəlinən problemlərin başında- xora və gastrit kimi mədə xəstəlikləri gəlir.
Bu şikayətlər ümumiyyətlə; mədədə yanma, qazınma, turşuma və qaz şəklində özünü göstərir. Mədə və onikibarmaq bağırsaq xorası də bahar aylarında daha çox görülər. Nəm və günəş işığı faktorları xora şikayətlərini artırmaqdadır.

Həzmsizlik problemi yaşayan bəzi xəstələrdə isə bahar aylarında daha çox istehlak edilən çiy tərəvəz və meyvənin bu problemə səbəb olduğu düşünülməkdədir. Bəzən bu problemlər mədə qanamasına gətirib çıxara bilər

Daimi duş qəbul etmək insanları soyuqdəymədən qoruyar. Mövsüm dəyişikliyinə uyğunlaşma təmin edə bilməyən bədənin soyuq dəyməyə tutulma riski də bahar aylarında yüksəkdir. Xüsusilə risk qrupunda olan körpələr, 65 yaşın üzərində olan kəslər, astma daxil xroniki ağciyər xəstələri, ürək və böyrək xəstəlikləri olanlar və immunitet sistemini zəiflədən dərman istifadə edən xəstələr bura daxildir. Xəstəlikdən qorunmanın yolu immunitet sisteminin güclü tutulmasıdır.

Balanslı qidalanmaq, nizamlı yatmaq, stressdən uzaq dayanmaq, idman etmək, hər gün nizamlı duş qəbul etmək və siqaret içməmək ən əhəmiyyətli qorunma faktorlarıdır.

Allergik xəstəliklərə diqqət!

Bahar aylarında tozcuqların ortaya çıxması ilə birlikdə allergik astma və buna bənzər xəstəliklər tez görülməyə başlar. Burun hüceyrələrindəki allergik dəyişikliklər- burun axıntısı, tutulması, gözlərdə yaşarma kimi əlamətlərə yola açar.
Müalicə edilməyən kəslər çox yüksək nisbətdə (% 20 ətrafında) astmaya tutula bilər. Allergiya ilə bağlı şikayətlərin artdığı dövrlərdə göz və burun üçün müxtəlif damlalar istifadə olunmalıdır.
"Anti-histaminik" deyilən bir qrup dərman, allergiyanın səbəb olduğu şikayətləri böyük nisbətdə müalicə edər. Astımda isə bronx açan dərmanlar xəstələri olduqca rahatlaşdırır.


Xəyalə Məmmədova
AzNews.az