Hərracda “Chevrolet“ 500000 dollara satıldı - Video

Bütün dünyadan "Chevrolet" avtomobilinin köhnə modellərinin həvəskarları Amerika Birləşmiş Ştatlarının Nebraska ştatına toplaşıblar. Pirs şəhərində açılan "Chevrolet" hərracında əfsanəvi avtomobilləri görmək üçün dünyanın dörd-bir yanından 10 minə yaxın adam gəlib. 3800 nəfər də hərracda onlayn iştirak etmək üçün qeydiyyatdan keçib.

Dünən ən bahalı "Chevrolet" modellərindən 6-sı satılıb və onlara ümumilikdə 545 min dollar pul xərclənib. Ən baha qiymətə 1958-ci il istehsalı olan "Chevy Cameo" pikap-avtomobili satılıb ki, avtomobilin yeni sahibi onu 140 min dollara əldə edib.

Hərraca çıxarılan köhnə "Chevrolet" avtomobilləri Pirs şəhərində bu avtomobillərin dilerliyi ilə məşğul olan Rey Lambrext adlı şəxsin kolleksiyasına aiddir. Bu gün hərraca daha 500 avtomobilin çıxarılacağı gözlənilir.