Təkayaqlı rəqqasə dünyanı kövrəltdi - Video

Hindistanda keçirilən bir musiqi yarışmasından çəkilən kadrlar hər kəsin heyrətinə səbəb olub.

Bir ayağı olmayan Şub Kaur Gumman səhnəyə əsalarla çıxıb. Təəccübünü gizlədə bilməyən münsiflər özlərindən asılı olmayaq heyrətlə "bu qız necə rəqs edəcək?" sualını mikrafona deyiblər. Şub Kaur Gumman iki dəqiqəqədən çox davam edən musiqi sədaları altında bir ayağı ilə rəqs edib. Heç bir büdrəmə, axsama olmadam performansını uğurla başa vuran qızı hamı ayaqüstə alqışlayıb. Sonda münsiflərin təkidi ilə ona bu işdə dəstək olan anası da səhnəyə çıxıb. Göz yaşlarını gizlədə bilməyən ana fərəhlə tamaşaçıları salamlayıb. Video sosial şəbəkələrdə izlənmə və paylaşma sayına görə rekord qırır.(Axar.az)