- Köhnə - Maraqlı
- 4 Oktyabr 2012 12:27
- 2 851
Obama romantizmi virtuallaşdırdı
O, həyat yoldaşını “Twitter”lə təbrik etdi
ABŞ prezidenti Barak Obama romantizmi virtuallaşdırdı. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Obama həyat yoldaşını evliliklərinin 20 illiyi münasibətilə təbrik edib.
Yəqin ki, o, vaxtı olmadığından təbriki "Twitter" hesabından göndərib. Digər səbəb də çox güman ki, daha ucuz başa gəlməsidir. Bundan əlavə Obama təbrik məktubuna evlilik şəkillərini də əlavə edib. Bu hissədə Obama romantizmi yaddan çıxarmayıb. O, yazıb: "20 il əvvəl mən həyatımın sevgisi və ən yaxşı dostumla ailə qurdum".
Mişel Obama isə cavab verib: "Çöx sağ ol ki, sən yaxşı həyat yoldaşı, dost və ata olmağı bacarırsan. Mən səni sevirəm".
Sadiq Musa
AzNews.az