İqtisadiyyat üzrə “Nobel” mükafatçısı kim olacaq?

Stokholmda bu gün daha bir "Nobel" mükafatçısı bəlli olacaq. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, iqtisadiyyat üzrə "Nobel" mükafatçısının adı açıqlanacaq.

Qeyd edək ki, iqtisadiyyat üzrə də namizədlər arasında rəqabət çox böyükdür. Belə ki, mükafata əsas namizəd amerikalı Robert Şiller hesab edilir. Onun ən böyük üstünlüyü isə dünya iqtisadi böhranını öncədən proqnozlaşdırması hesab edilir. Ümumiyyətlə isə, Nobel mükafatına əksər hallarda amerikalılar layiq görülür.

Sadiq Musa
AzNews.az