Şəfiqə Eyvazova: “Meydan xanəndənin olmalıdır”

"Əvvəlki illərlə müqayisədə Azərbaycan musiqisinin keyfiyyəti aşağı düşüb. İndi hamı muğama çox fikir verir. Əsas da ki, "tryo"lar. Amma təəsüflər olsun ki, nota fkir vermirlər".

Bunu AzNews.az-a açıqlamasında Xalq artisti, kamança ifaçısı Şəfiqə Eyvazova dedi. Onun sözlərinə görə, notu bilməyən insan muğamı ifa edə bilməz: "Əvvəllər not birinci idi. Notu biməyən muğama necə ifa edər? Kamança muğam üçün yoğrulub. İndiki cavanlarda not öyrənməyə maraq yoxdur. Dünyagörüşlü olmaq, Avropa əsərləri ifa etmək üçün mütləq not bilməlisən".

Şəfiqə Eyvazovanın fikrincə, xalq mahnısı ifa edərkən onun arasında muğam oxumaq düzgün deyil: "Xalq mahnısı oxunur. Bir də baxırsan onun arasında muğam oxuyur. Muğam ancaq təsnif arasında oxunar. İndikilər nəyi və necə gəldi oxuyur. Belə olmaz. Özü də bunların əksəriyyəti müsabiqələrdə olur. Münsiflər heyətinin üzvləri bunu görsə də, nöqsan kimi qələmə vermirlər. İki sətir xalq mahnısı ardınca da yarım saat muğam. Bu necə olar? Sonra kamança, tar da elə. Xanəndə ağzını açıb iki kəlmə muğam deyən kimi tar ifaçısı başlayır. Belə olmaz. Əgər biz geniş səhnəni tarla kamana veririksə, onda bu muğam ifaçıları nə üçündür? Bu düzgün deyil. Meydan xanəndənin olmalıdır".

Bahar Rüstəmli
AzNews.az