2,2 milyon nəfər qonağımız olub

Son illər Azərbaycana xarici ölkələrdən turist səfərlərinin sayı artır. Bu isə ölkəmizdə turizmin inkişafı üçün həyata keçirilən tədbirlərlə bağlıdır. Bunu İxracatın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov deyib.

Fond rəhbərinin sözlərinə görə, ötən il Azərbaycana xarici ölkələrdən ümumilikdə 2,2 milyon nəfər səfər edib ki, bu da turistlərin sayında 14,1 faiz artım deməkdir.

R.Məmmədov Azərbaycanda yeni hotellərin açılmasını turizmin inkişafına təsir göstərən amil kimi dəyələndirib. Qeyd edib ki, "Şahdağ" qış turizm mərkəzinin istifadəyə verilməsi ilə turizm sektorunda canlanma artacaq: "2016-cı ildə istifadəyə verilməsi nəzərdə tutulan bu turizm mərkəzi eyni zamanda 10 min nəfəri qəbul etmək üçün imkanlara sahib olacaq".

Elnarə Əlosmanqızı
AzNews.az