Nizami Cəfərov: "Rejissor işi bəzi hallarda lazımı səviyyədə deyil" Nizami Cəfərov: "Rejissor işi bəzi hallarda lazımı səviyyədə deyil"

“Aktyor oyunlarında problemlər böyükdür”

Nizami Cəfərov: "Rejissor işi bəzi hallarda lazımı səviyyədə deyil"



"Teleseriallar bir təcrübə idi. Çəkildi, baxılır. Bizim teleserialların yaxşı cəhətləri ilə yanaşı zəif cəhətləri də var. Aktyor oyunlarında problemlər böyükdür. Rejissor işi bəzi hallarda lazımı səviyyədə deyil". Bunu AzNews.az-a Milli Məclisin Mədəniyyət Komissiyasının sədri Nizami Cəfərov dedi.

N.Cəfərovun sözlərinə görə, Türkiyə teleserial məktəbini qurana kimi 30 il keçdi: "Amma sonda ortaya belə baxımlı filmlər çıxardı. Düşünürəm ki, Azərbaycanda da bu sahədə irəliləyişlər var. Artıq diqqəti cəlb edən ssenarilər yazılıb. Dövlət, sənətkarlar da istəyir ki, teleseriallara mümkün qədər çox vəsait ayrılsın. Amma hər şeyin bir həddi-hüdudu var. Burada başqa məsələləri də nəzərə almaq lazımdır. Şəxsi vəsait, sponsorlar hesabına da filmlər çəkilə bilər. Bunun təcrübəsini də biz görmüşük. Daha o maddi yardım necə xərclənirsə, necə paylanırsa, bunu artıq əlaqədar təşkilatlar bilir".

Bahar Rüstəmli
AzNews.az