İlham Zəkiyev haqqında film Kann Qızıl Mükafatına layiq görülüb

“Döyüşçü” filmi BP-nin sponsorluğu ilə lentə alınıb.

Bu barədə AzNews.az-a BP-dən məlumat verilib. BP London 2012 Oyunlarından başlayaraq, İlham Zəkiyevə sponsorluq edir. O, BP-nin idmançı səfiridir və şirkət də onun haqqında qısa videoçarx hazırlayıb. “Döyüşçü” adlanan bu video Rio 2016 Oyunları ərəfəsində BP-nin Beynəlxalq Paralimpiya Komitəsinə dəstək məqsədilə keçirdiyi “Daxildən Gələn Enerji” kampaniyası üçün hazırlanmış 8 filmdən biridir. Bu vaxtadək “Döyüşçü”yə bütün dünyada 18 milyon insan baxıb və film üç nüfuzlu beynəlxalq mükafata layiq görülüb.

İki mükafat “Cannes Corporate Media & TV Awards 2016” müsabiqəsində qazanılıb - “Kann 2016 Qızıl Mükafat Qalibi” (Marketinq Kommunikasiyası B2C kateqoriyasında) və “Kann mükafatı” (Xeyriyyə, Qeyri-kommersiya, Korporativ Sosial Məsuliyyət kateqoriyasında).

Üçüncü mükafat isə “EVCOM Clarion Awards 2016” müsabiqəsində əldə edilib. Burada “Döyüşçü” filmi Sosial (ekran) filmlər kateqoriyasında yüksək mükafata layiq görülüb. “EVCOM Clarion Awards” mükafatları korporativ sosial məsuliyyət və davamlı inkişaf, o cümlədən ətraf mühit, müxtəliflik, bərabərlik, icma, xeyriyyə təşəbbüsləri, təhsil, etika, sağlamlıq və rifah sahələrindəki fəaliyyətlərin təltif edildiyi aparıcı tədbir və film mükafatlarıdır.

Qaranlıqdan işığa doğru addımlayan nəhəng bir şəxs.

Bu yol onu ən yaxşı kim ola bilərsə, ora aparan yol, bu nəhəng kişi isə ikiqat paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionu İlham Zəkiyevdir. O, 18 yaşından qaranlıqdadır - Qarabağ müharibəsində bir güllə onun gözlərinin işığını alandan bəri. Amma daxilindəki işığın enerjisi ilə o, əfsanəvi “Döyüşçü”yə çevrilə bilib. BP-nin “Döyüşçü” filmi belə başlanır.