Şair Aqşin Yenisey həmkarı Şəhriyar del Geraninin müdafiəsinə qalxıb. Şair Aqşin Yenisey həmkarı Şəhriyar del Geraninin müdafiəsinə qalxıb.

“Eyni qadınla dördü-beşi bir evdə ər-arvad kimi...” - Yazardan şok sözlər

Şair Aqşin Yenisey həmkarı Şəhriyar del Geraninin müdafiəsinə qalxıb.

AzNews.az xəbər verir ki, o, şairlərin ünvanına səslənən tərifli fikirləri sovet dövrünün təfəkkürü hesab edib:

“Bəri başdan deyim ki, bu statusu "kolbasa madurlarına" görə yazmıram. Şair söyülməməlidir, şair nümunə olmalıdır, şair ağzının danışığını bilməlidir kimi gerizəkalı fikirlər sovet təfəkkürünün məhsuludur. Bir balaca oxumuş adamlar bilir ki, fransız ədəbiyyatında nəinki söyülən, "lənətlənmiş şairlər" deyilən bir ədəbi nəsil var. XVIII əsrin sonu XIX əsrin ortalarında yaşamış şairlər nəslidir. Artur Rembo, Pol Elüvar və s. kimi nəhəng şairlər çıxıb o nəsildən ki, onlar sonradan dünya poeziyasının istiqamətini dəyişiblər. Ədəbi tənqid və cəmiyyət onlara ona görə "lənətlənmiş şairlər" adı qoymuşdu ki, nə cəmiyyət, nə dövlət onların boynuna heç bir məsuliyyət qoymamışdı. Bu adamlar Parisin ortasında ibtidai həyat yaşayırdılar, eyni qadınla dördü-beşi bir evdə ər-arvad kimi dolanırdı, bütün günü içirdilər, gəzirdilər. Bir sözlə, cəmiyyətdən yetim qalmışdılar. Şairin, bəlkə də, ən təbii halı budur, yaltaqlanıb qalstukla tərbiyələndirilmiş deputatmı olsunlar? Hərçənd bizdə artıq cəmiyyət özü yaltaqlanmaq üçün şairi qısqanır, onu özünün rəqibi kimi görür. Ona görə mən təkcə haram kolbasanın deyil, haram şairin də tərəfindəyəm”.

Aqşin Yenisey daha bir statusunda isə qeyd edib ki, onların bu günə düşməyinin səbəbi kolbasanın haram olması deyil, şairin halal olmasıdır:

“İstəyirəm tərbiyəli şair obrazına eydirilmiş, cəmiyyət şairlərinin deyil, hökumət şairlərinin orden-medallı döşündən süd əmmiş oxucularımıza, dili dilimizə, dini dinimizə, zamanı zamanımıza yaxın olan, təqribən bizim Xalq şairlərinin hamısı ilə yaşıd, Türkiyənin XX əsr poeziyasında 2-3 imzadan biri Can Yücelin şeri cavab versin:

"çatlak yüreğimle türkülü yollara
düştüm ki o kadar olur
seke seke ben geldim
s...e - s...e gidiyorum" (hərflərin yerinə nöqtələr qoyulmuş sözlər statusda çılpaq şəkildə yazılmışdı - red.)

Tərcüməsi belədir:

Çat vermiş ürəyimlə türkülü yollara
o qədər yıxıldım ki
axsaya-axsaya gəldim mən
(Necə qayıtması şairin özünə aiddir)))

Qeyd edək ki, Şəhriyar del Gerani sosial şəbəkədə ““Favorit” supermarketin satıcısının ona halal kolbasa məhsullarının məsləhət görməsinə görə işdən çıxartdığını bildirib. Bu isə böyük narazılığa səbəb olub.

Bahar RÜSTƏMLİ
AzNews.az