- Köhnə - Mədəniyyət
- 4 Mart 2013 12:30
- 2 876
Teatr xadimləri mükafatlandırılacaq

AzNews.az-a daxil olan məlumatda isə bildirilir ki, "Milli Teatr günü" ərəfəsində ölkə prezidenti İlham Əliyevin bir qrup teatr xadimini mükafatlandıracağı gözlənilir. Belə ki, Azərbaycan teatrının inkişafında və təbliğində xidmətləri olan sənət adamlarının böyük bir qisminə fəxri ad veriləcək, bir qismi isə prezident mükafatı və təqaüdlə təltif olunacaq.
Bahar Rüstəmli
AzNews.az