- Köhnə - Mədəniyyət
- 23 Yanvar 2018 19:07
- 9 475
Əbülfəs Qarayevin qızı “Qazprom”un sərgisinin kuratorudur - Foto

Yanvarın 20-də İtaliyanın Bolonya şəhərində “Fikrini dəyişmək normaldır!” (It’s OK to change your mind!) sərgisi açılıb.
AzNews.az xəbər verir ki, ədəniyyət və Turizm Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, sərginin kuratorları Lorenso Balbi və Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin qızı Suad Qarayevadır.
“Keçirilməsi ilə Lorenso Balbinin və azərbaycanlı elmi işçi Suad Qarayeva-Malekinin məşğul olduqları “It’s OK to change your mind!” sərgisi “İyirmi bir rus baxışı” devizi altında baş tutacaq. Sərgidə “Qazprombank”ın kolleksiyasından 21 rus rəssam və fotoqrafının əsərləri nümayiş olunur”, - İtaliyada dərc olunan “Koryere di Bolonya” qəzeti yazır.
Qeyd edək ki, sərgi martın 18-nə kimi davam edəcək.