- Köhnə - Mədəniyyət
- 26 Fevral 2018 11:14
- 21 162
Azərbaycanlı uşaq hamını heyrətləndirdi - Fotolar
Fiziki qüsurlu şagirdin əsərləri böyük marağa səbəb olub.
AzNews.az xəbər verir ki, Qocalı Cabir Xocalı faciəsini əks etdirən “Ana fəryadı” əsərini fırçasında əks etdirib. Balaca rəssamın yaxınlarının saytımıza verdiyi məlumata görə, o, Bakıdakı 246 saylı məktəb-liseydə təhsil alır:
“Cabir əslən Saatlı rayonundandır. 8-ci sinifdə oxuyur. Bu günə kimi heç bir rəsm təhsili almayıb, rəssam yanında da olmayıb. Sadəcə, içindən gələn hisslərini rəsm əsərlərinə köçürür. Fiziki qüsurludur, eşitmək və danışmaq problemi var. Şəkil çəkmək istedadı onda anadangəlmədir. Xocalı faciəsini də fırçaya alıb”.
Bahar RÜSTƏMLİ
AzNews.az