- Köhnə - Mədəniyyət
- 22 Mart 2018 22:35
- 11 677
"Kastamonu 2018" proqramının möhtəşəm açılış mərasimi baş tutdu - Foto
Türkiyənin Kastamonu şəhərində 2018-ci il Türk Dünyasının Mədəniyyət Paytaxtı proqramına qatılan Baş nazir Binəli Yıldırım “şəhərlərimizə, gələcək nəsillərimizə sahib çıxacağıq. Şəhərlərimizi betonlaşmaya təslim etməyəcəyik” - dedi.
2018-ci il Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilən Kastamonuda başlayan tədbirlərə Türk Dünyasından 18 fərqli ölkənin nümayəndələri də qatıldı. Kastamonu 2018 - Türk Dünyası Mədəniyyət Paytaxtının açılışı və TÜRKSOY Novruz proqramının premyerası Kastamonu Atatürk İdman Salonunda davam etdi.
Qala gecəsinin açılışını edən Kastamonu Bələdiyyə Başçısı Tahsin Babaş Kastamonunun son 15 ildə sürətlə inkişaf etdiyini vurğuladı. O, şəhərin tarixinə diqqət çəkərək bunları dedi:
“2018-ci il Türk Dünyasının Mədəniyyət paytaxtı Kastamonunun açılış proqramının vilayətə, ölkəmizə və Türk dünyasına xeyir gətirməsini arzu edirəm. 1800 ili aşan mədəniyyəti, evləri, tarixi bazarı ilə muzey şəhər olan Kastamonu 2018-ci il Türk Dünyasının Mədəniyyət paytaxtı olaraq ən yaxşı şəkildə təqdim olunacaq. Bənzərsiz təbiəti, vadiləri, şəlalələri, endemik bitkiləri və yerli bitkiləriylə Kastamonu son 15 ildə böyük yatırımlar qazandı. Bu prosesdə elmimizin xəyalları gerçəkləşdi.”
Novruzun baharın müjdəçisi olduğunu ifadə edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov isə 2018-ci il Türk Dünyası Mədəniyyət paytaxtı olan Kastamonunun bu ünvanı sonuna qədər haqq etdiyinİ dedi. Kaseinov “Bu gün Türk xalqı ilə yaşayan qonşu xalqlar üçün böyük bir bayramdır. Bu mənalı gündə fəaliyyətimizi izzətləndirdiyiniz üçün sizə minnətdarlığımı bildirirəm. Biz həmişə gücünüzü və dəstəyinizi hiss edirik. Biz sizə güc və zəngin mədəniyyət dünyamızı təqdim edirik. Biz insan sivilizasiyasına dəyər qatmağa davam edirik. Mədəniyyət dünyamızın şərqdən qərbə qədər dəvət etdiyimiz sənətçilər və seçmə dəvətlilərimizlə Novruzun bütün rənglərini təqdim etməyə çalışacağıq. Beləliklə, Mədəniyyət paytaxtının açılışını Novruz bayramı ilə edəcəyik. Bayramın bu şəkildə təşkili üçün Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürümü bildirirəm. Afrində bölgəmizin və ölkəmizin təhlükəsizliyi üçün canlarını ortaya qoyan Türk Silahlı Qüvvələrinin qəhrəman əsgərlərinə təşəkkür edirəm" deyə, qeyd etdi.
Kastamonu valisi Yaşar Karadeniz də çıxış edərək bütün Türk dünyasının Novruz bayramını təbrik edti. Bildirdi ki, bu gün Türk dünyasının ürəyi Kastamonuda döyünür:
“Bu gün Afrində qəhrəman ordumuzun qələbəsi ilə birlikdə iki bayramı qeyd edəcəyik. Elmi yığıncaq, fəaliyyət, nəşr, tanıtım və bənzər sahələrdə ümumi 116 adda bir illik layihə təqvimi yaradılmışdır. Bu fəaliyyətlərdən bəziləri tətbiq olunacaq, qalan hissə isə proqramdan sonra icra ediləcəkdir.
"Afrindəki qəhrəmanlarımız əməliyyatı qısa bir müddətdə uğurla bitirməsəydi, bu gün Novruzu könül xoşluğu ilə qeyd edə bilməyəcəkdik". Bu ifadələri isə Mədəniyyət və Turizm Naziri Numan Kurtulmuş dilə gətirdi:
"2018-ci ildə Mədəniyyət paytaxtı olan Kastamonuda sizlərlə birlikdə olacağıq. Kastamonu bu ünvanı haqq etmiş işin gərəyini yerinə gətirir, bütün Kastamonu xalqı bu rolunu mənimsəyərək ən gözəl şəkildə icra edir. Cənab Baş nazirimizin sıx bir iş cədvəli olmasına baxmayaraq, bu gün onun burada iştirak etməsi bizim üçün son dərəcə şərəflidir. Ankaradan gələn beynəlxalq ictimaiyyətin Türkiyədəki missiya nümayəndələrinə ayrılıqda təşəkkür edirəm. Bu gün gözəl bir hadisəni geridə qoyduq. Həm də Novruzu qeyd edirik. Bu gün Kastamonuda bu üç əhəmiyyətli dərsi almış olduq. Kastamonunu Türk dünyasının paytaxtı elan edərkən qarşıya çıxan xüsusiyyətlərdən ən əhəmiyyətlisi onun Anadolu coğrafiyasında qədim mədəniyyətimizi ən yaxşı şəkildə yaşatmış olması idi. Əgər Afrinədəki qəhrəmanlar çox qısa bir müddət içində Afrin hərəkatını bitirmiş olmasaydılar, bu gün biz burada Novruzu dinc və könül rahatlığı ilə qeyd etməyəcəkdik. Bu hərəkatı çox qısa müddət içərisində müvəffəqiyyətlə tamamlayan TSK-in bütün mənsublarına, komandirindən ən alt rütbədəki ərinə qədər hər kəsə minnətdarlığımızı ifadə edirəm. Həyatlarını heç bir tərəddüd etmədən fəda etməyi bacaran şəhidlərimizin mənəvi xatirələri qarşısında hörmətlə baş əyirik.
Daha sonra Türkiyənin Baş naziri Binəli Yıldırım səhnəyə dəvət edildi. Baş nazir nitqində bunları dedi:
"Bu gün Kastamonu çox önəmli bir hadisəyə ev sahibliyi edir. Kastamonu adına Türkiyə və Türk dünyası adına bu böyük həyəcanı birlikdə yaşayırıq. Mədəniyyət mirasımız olan Kastamonu möhtəşəm bir mərasimlə Türk dünyasının mədəniyyət paytaxtı olur. Şəhər yalnız bir qəsəbə deyil. Hər bir şəhər ruha sahibdir. Sivilizasiyalar şəhərlərin tarixini təmsil edir. Tarix yazmaq istəyən şəhərlər tarixçilər üçün çox şey təklif edir. Böyük sivilizasiyalar özlərini orijinal şəhərləri ilə dünyaya izah edirlər. Şəhərlər bir-birinin simvollarını və mədəniyyətlərini formalaşdırırlar. Türk və İslam dünyasının mədəniyyət mərkəzləri olan əhəmiyyətli şəhərləri var. İstanbul, Bursa, Konya, Kastamonu, Şanlıurfa, Daşkənd, Buxara, Səmərqənd, Kazan, Bağdad, Şam, Qahirə, Qüds, Mədinə kimi simvol şəhərlərimizə getdiyinizdə sizlərə dərin bir mədəniyyət anladılır. Məscidlər, mədrəsələr, xanlar, fəvvarələr, küçələr və evlər sizə tarix öyrədir. Bu yerlər yalnız ağlımızı deyil, həm də ruhlarımızı və ürəklərimizi çağırır. Şairlər bu şəhərlərdən ilhamlanırlar. Kastamonu da Şeyx Şaban-i Vəli həzrətlərinə bağlıdır. Şəhərlər bu yüksək şəxsiyyətlərdən mənəviyyatlanırlar. Şəhərlərin də düşmənləri var. Bunlardan bəzisi müharibələrdir. Bağdad, Şam, Qüds təəssüf ki, döyüşlərin dağıdıcı üzünü göstərən şəhərlərdir. Onların dəyərləri, xatırlamaları, tarixi, mədəniyyəti təəssüf ki, bu şhərlərdən çıxarıldı. Bu səbəbdən, şəhərlərimizə qayğı göstərəcəyik, onları betonlaşmaya təslim etməyəcəyik, gələcək nəsillərimizə sahib çıxacağıq”.
- "Türk əl sənətinin ən yaxşı nümunələri Kastamonuda yaşayır"
B.Yıldırım "arxitekturası, tarixi əsərləri, toxuculuğu, yemək mədəniyyətiylə Kastamonunu daim yaşadırıq, yaşatacağıq”-deyə sözlərinə davam etdi. Bildirdi ki, bu gün eyni zamanda Anadolu mədəniyyətinə, şeirləri və mədəniyyətiylə böyük qatqılar vermiş xalq ozanımız Aşiq Veysəlin ölüm ildönümüdür. Bu münasibətlə ona rəhmət diləyirəm:
“ 21 Mart yalnız Kastamonunun Türk dünyasının mədəniyyət paytaxtı elan edildiyi gün deyil, 21 Martın bir çox xüsusiyyəti var. Bildiyiniz kimi, 21 Martdan etibarən Orta Asiyadan Avropaya mədəni coğrafiyamız üçün çox əhəmiyyətli bir gündür. Novruz bayramı yalnız bu coğrafiyada deyil, bütün Şimali Yarımkürəsində qeyd olunur. Şərqi Türkistandan Orta Asiyaya, Monqolustan Amerikaya qədər Novruz yeni bir oyanış ifadə edir. Bizlər üçün Novruz yalnız bir mövsüm dəyişikliyi deyil, bu torpaqlarda minlərlə ildir dirilişi, bərəkəti, birliyi, bərabərliyi, qardaşlığı təmsil edir. Çünki bizlər torpağa Ana torpaq deyə xitab edirik, torpaqdan yaratıldığımıza inanandığımıza görə torpağın dirilişini təbiətin dirilməsi olaraq görürük. Bu vəsilə ilə Novruzun bütün insanlığa sülh, dinclik və bərəkət gətirməsini də Cənab-ı Mevlamdan arzu edirəm. Bu gözəl bayrammünasibətilə sizləri ən səmimi duyğularımla təbrik edirəm".
- "Birlikdə tariximizi, ortaq dəyərlərimizi davam etdirəcəyik"
Türkiyənin Şərqdən Qərbə bütün şəhərlərinin fərqli mədəniyyətləri və fərqli mədəniyyət mirasları olduğuna diqqət çəkən Baş nazir Binəli Yıldırım, "Ölkəmizdə İstanbuldan Şanlıurfaya, Ədirnədən Qarsa qədər bütün şəhərlərimizdə fərqli mədəniyyətləri, fərqli mədəniyyət mirasları var” dedi. Vurğuladı ki, 2010-cu ildə İstanbul Avropanın Mədəniyyət Paytaxtı oldu. Əskişəhər 2013-ci ildə Türk dünyasının mədəniyyət paytaxtı oldu. 2016-cı ildə Konya, İslam dünyasının turizm paytaxtı oldu. Bu il qəhrəmanlıq, müstəqillik şəhəri Kastamonu Türk dünyasının mədəniyyət paytaxtı olaraq bu şəhərlər arasında layiqli yer tutdu. “İnanıram ki, önümüzdəki illərdə birlikdə tariximizi, ortaq dəyərlərimizi davam etdirəcəyik” deyə, fikrini tamamladı.
Baş nazir qeyd etdi ki, Kastamonu Türk tarixində çox əhəmiyyətli bir yerə sahibdir. Miladdan 400 il əvvələ çatmış tarixi var. Amma Kastamonu ən böyük qəhrəmanlığını İstiqlal mübarizəsində vermiş bir şəhərdir. İneboluda Kastamonu üzərindən istiqlal mübarizəsi edən qəhrəmanlarımızın bütün silah-sursatı bu ərazilərdən köçürülmüşdür:
“Aslanlarımız Afrində, yurd içində, yurd xaricində alçaq terror təşkilatlarına sinələrini sipər edərək millətimizi, ölkəmizi hər cür terror bəlasından qorumaq üçün amansız mübarizə aparırlar. Bu vəsilə ilə gərək 15 İyulda, istər istiqlal mübarizəmizə, istərsə də Fırat Kalkanında, Zeytin Dalı Hərəkatında ölkənin müstəqilliyi üçün, millətin dinclik və təhlükəsizliyi üçün canını sevə-sevə verən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Məkanları cənnətdir. Qazilərimizin yaxşı bir həyatı olmasını diləyirəm. Bax, Kastamonu dəyincə, istiqlal mübarizəsinin şəhidlərini, bu mübarək torpaqları xatırlayırıq. Kastamonuya gəldiyimiz zaman hüzur tapırıq. Bu vəsilə ilə uzaqdan, yaxından gələn bütün qonaqlarımızın Kastamonuda dinclik tapacağına və onların Kastamonuda gözəl ev sahibliyiylə qarşılanacağından heç şübhəmiz yoxdur”.
Baş nazir son olaraq “Bu gün bu coşğunu, bu sevgini səfirlər, qonaqlar, millət vəkillərimiz, valilerimiz və bütün qonaqlarımızla birlikdə bələdiyyə başçılarımızla, nazirlərimizlə birlikdə paylaşarkən sizə prezidentimizin salamını da gətirdim. Bu coşğunu bizimlə bölüşən bütün dostlarımıza, xüsusən də TÜRRKSOY-a təşəkkür edirəm"-deyə, fikrini tamamladı.
Sonra Binəli Yıldırıma müxtəlif hədiyyələr verildi. Açılış Proqramı Türk ölkələrindən gələn komandaların möhtəşəm xalq oyunları və ifaları ilə davam etdi.
Elgün Mənsimov
Kastamonu
AzNews.az