- Köhnə - Mədəniyyət
- 7 Aprel 2018 11:42
- 7 116
Tanınmış opera aktrisası vəfat etdi

Türkiyənin tanınmış opera sənətçisi, aktrisa, rəssam, professor Sevda Aydan vəfat edib.
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktrisa bu gün səhər saatlarında İzmirdə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, sənətçi "Qaynanalar" serialındakı Tjen obrazı ilə tanınıb. O, 1962-ci ildə Bakı, Tiflis opera teatrlarında səhnəyə çıxıb və bir çox ölkələrdə konsert verib.
AzNews.az