Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.

Əbülfəs Qarayev yenidən mədəniyyət naziri oldu

Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.

AzNews.az xəbər verir ki, sərəncama əsasən, Əbülfəs Qarayev mədəniyyət naziri təyin edilib.

Xatırladaq ki, Prezident İlham Əliyev Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Bu sərəncama əsasən, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılıb.

Dövlət Turizm Agentliyinin sədri vəzifəsinə isə Fuad Nağıyev təyin olunub.