Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 22-24 sentyabr tarixlərində Rusiya Federasiyasının Həştərxan Vilayətində keçirilən “Kaspiyskiy bereq” (Xəzərin sahili) adlı VI Beynəlxalq Teatr Festivalında laureat və “Priz sodrujestvo” diplomları ilə təltif olunub. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 22-24 sentyabr tarixlərində Rusiya Federasiyasının Həştərxan Vilayətində keçirilən “Kaspiyskiy bereq” (Xəzərin sahili) adlı VI Beynəlxalq Teatr Festivalında laureat və “Priz sodrujestvo” diplomları ilə təltif olunub.

Kukla Teatrı “Xəzərin sahili”ndən mükafatla döndü

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 22-24 sentyabr tarixlərində Rusiya Federasiyasının Həştərxan Vilayətində keçirilən “Kaspiyskiy bereq” (Xəzərin sahili) adlı VI Beynəlxalq Teatr Festivalında laureat və “Priz sodrujestvo” diplomları ilə təltif olunub.

AzNews.azın verdiyi xəbərə teatr bu mükafata “Üç cəsur” tamaşasına görə layiq görülüb.

Teatr repertuarının yeni nümunəsi olan “Üç cəsur” tamaşaçı münsiflər heyətinin və çoxsaylı tamaşaçıların rəğbətini qazanıb. Belə ki, Rusiyanın məşhur teatr mütəxəssislərinin təmsil olunduğu münsiflər özünün teatr ənənəsini formalaşdıran, kukla sənətində öz dəst-xəttini yaradan teatrımızın təqdim etdiyi nümunənin yüksək peşəkarlıq və zəngin kukla sənəti estetikasında hazırlandığını bildiriblər.

Mirmehdi Seyidzadənin “Cırtdan” mənzum pyesinin motivləri əsasında Rəhman Əlizadənin səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru və rus dilinə tərcümə edəni Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur.

Qeyd edək ki, festival Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Rusiya Teatr Xadimləri İttifaqı və Həştərxan Vilayət Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iki ildən bir keçirilir.

AzNews.az