Bu gün Azərbaycan Akademik Milli Dram Teatrında “Qətibə İnanc” tamaşası nümayiş etdirilib. Böyük Azərbaycan yazarı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı əsasında səhnələşdirilən tamaşa ilk dəfə 1977-ci ildə Tofiq Kazımovun quruluşunda Azərbaycan səhnəsinə çıxmışdı. Bu gün Azərbaycan Akademik Milli Dram Teatrında “Qətibə İnanc” tamaşası nümayiş etdirilib. Böyük Azərbaycan yazarı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı əsasında səhnələşdirilən tamaşa ilk dəfə 1977-ci ildə Tofiq Kazımovun quruluşunda Azərbaycan səhnəsinə çıxmışdı.

Ziyafət Əsgərov ayaqda alqışladı - “Qətibə İnanc” akademik səhnədə

Bu gün Azərbaycan Akademik Milli Dram Teatrında “Qətibə İnanc” tamaşası nümayiş etdirilib. Böyük Azərbaycan yazarı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı əsasında səhnələşdirilən tamaşa ilk dəfə 1977-ci ildə Tofiq Kazımovun quruluşunda Azərbaycan səhnəsinə çıxmışdı.

Lakin hazırda Çingiz Ələsgərli tərəfindən tamaşanın yeni versiyası hazırlanıb və xalq artisti Mərahim Fərzəlibəyovun quruluşu ilə izləyicilərə təqdim edilib.

Tamaşada rolları Xalq artistləri Bəsti Cəfərova, Sabir Məmmədov, Əməkdar artistlər Kazım Abdullayev, Mirzə Ağabəyli, Elxan Quliyev, Məzahir Cəlilov, Əlvida Cəfərov, Rövşən Kərimduxt, aktyorlar Rüstəm Rüstəmov, İlyas Əhmədov, Şəhla İsmayılova, Fidan Cəfərova, Elnur Qədirov və Cümşüd Zeynalov ifa ediblər.

Tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan məhəbbətindən bəhs edir. Şeyx tərəfindən məhəbbəti rədd ediləndən sonra Qətibə İnancda hamıya qarşı nifrət yaranır. Bu nifrət hakimiyyət iddialı Qətibə İnancın Eldəgizlər sarayında çoxsaylı intriqalar törətməsinə vəsilə olur.

AzNews.az informasiya portalının əməkdaşları tamaşanı kollektiv şəkildə izləyiblər.

Tamamilə dolu olan və tamaşaçılar tərəfindən dəfələrlə alqışlanan dramın səhnə quruluşunu izləyənlər arasında Milli Məclisin 1-ci vitse-spikeri Ziyafət Əsgərov da olub. Ziyafət Əsgərov tamaşanı lojadan seyr edib. Tamaşa başa çatdıqdan sonra isə o ayağa qalxaraq baş rolun ifaçısı Bəsti Cəfərovanı və Nizami Gəncəvi obrazını canlandıran əməkdar artist Sabir Məmmədovu xüsusi alqışlayıb.

AzNews.az

image description image description image description