Türkiyənin Adana şəhərində XXV Beynəlxalq Film Festivalı başa çatıb. Türkiyənin Adana şəhərində XXV Beynəlxalq Film Festivalı başa çatıb.

Azərbaycanın da təmsil olunduğu Adana film festivalı başa çatıb

Türkiyənin Adana şəhərində XXV Beynəlxalq Film Festivalı başa çatıb.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Çukurova Universitetinin konfrans mərkəzində keçirilən bağlanış mərasimində tanınmış kinorejissorlar və aktyorlar, elm və mədəniyyət xadimləri, kinosevərlər və şəhər ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.

Əvvəlcə festivalda yarışan və seçilən bədii və qısametrajlı filmlər barədə ümumi məlumat verilib. Sonra qaliblərə festivalın medalları təqdim olunub.

Mərasimdə çıxış edən Adana Böyükşəhər bələdiyyəsinin sədri Hüseyn Sözlü əminliklə bildirib ki, dünya kino sənətinin tanınmış simalarını bir yerə toplayan Adana film festivalı qarşıdakı illərdə də fəaliyyətini davam etdirəcək, kinosevərlər üçün daha layiqli formatlar üzrə təqdimatlar keçirəcək.

Qeyd edək ki, səkkiz gün davam edən festival çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə TÜRKSOY tərəfindən Azərbaycan kinosunun 120 illiyinə həsr olunan mərasim keçirilib. Həmin mərasimdən sonra kinorejissor Yavər Rzayevin çəkdiyi “Biri var idi, biri yox idi” sənədli filmi nümayişi olub. Filmdə Azərbaycan kinosunun bütün mərhələlərinə nəzər salınır, ayır-ayrı filmlərdən fraqmentlər göstərilir. Həmçinin ümummilli lider Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyətini əks etdirən, Ulu Öndərin mədəniyyət xadimləri, görkəmli yazıçılar və şairlərlə görüşlərindən unudulmaz məqamlar əksini tapıb. Filmdə diqqətə çatdırılır ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanda kino sənətinin inkişafına böyük qayğı göstərilir. Dövlətimizin başçısının Azərbaycan kinosunun 120 illik yubileyinin qeyd olunması barədə Sərəncamı da bu qayğının bariz nümunəsidir.

AzNews.az

image description image description image description image description image description image description