MÜĞƏNNİ ASLAN: “MƏNİ BALTA İLƏ VURDULAR” MÜĞƏNNİ ASLAN: “MƏNİ BALTA İLƏ VURDULAR”

“Cəmil Quliyev tapşırıb ki, məni İTV-yə buraxmasınlar”– Müsahibə

MÜĞƏNNİ ASLAN: “MƏNİ BALTA İLƏ VURDULAR”



Müğənni Aslan Hüseynovun AzNews.az-a müsahibəsi



- Həmişə öndə gedən Aslan Hüseynov mərhum prezident Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar keçirilən təbirlərində gözə dəymir. Niyə?

- Bəli yoxam, tədbirlərdən kənarda qaldım. Səbəbini bilmirəm. Amma əsas odur ki, heç bir kanaldan dəvət almadım. AzTV, təbii ki, bu kanal məni çağırmayacaq. Mənim Arif Alişanovla problemim var. O problem hələ də qalmaqdadır. Allah böyükdür. Mən onların hamısını Allaha tapşırmışam. Bir dənə Arif Alişanova görə mən bu boyda əziyyəti çəkirəm. Zəhmətim hədər getdi. Aslan elə Azərbaycana seçkilərə gəlmişdi. Rayonları gəzirdim, prezidentə dəstək olmuşdum. Bəziləri kimi mən üzdə bir, arxada başqa ola bilmirəm. Nəyim varsa üzdədir. Məni yandıran şeylər var, mənə qarşı çox diqqətsizdirlər. Demirəm ki, diqqətiniz elə başdan-ayağa məndə olsun. Niyə mən sənətimi gəlib öz vətənimdə öldürməliyəm? İTV-yə bir rəhbər gəlib. Onun gəlişindən sonra mənə xəbər veriblər ki, sizə bu kanalda qadağa qoyublar.

- Bu xəbəri kim dedi? Bir də dəqiqləşdirək: İTV-də Sizə qarşı qadağa kim tərəfindən qoyulub?

- Təzə direktor, Cəmil Quliyev tərəfindən. Tapşırıb ki, məni İTV-yə buraxmasınlar. Hələ gözləyirəm, görək sonda nə olacaq.

- Sizcə bunun kökündə nə dayanır?

- Nə olacaq, əlbəttə ki, Alışanov. Onun ya xahişi ya, hər hansı təsiri ilə kanallara yolum bağlandı. İndi mənim başqa əlacım yoxdur, bircə yolum var, o da Azərbaycandan çıxıb getmək. Düzdür, bu axırıncı yoldur. Mən bir dəfə də bu barədə dedim. Qayıtdılar ki, "get də, guya, sən getsən nə olacaq? Nə dəyişəcək?" Mən getsəm, təbii ki, heç nə olmayacaq. Nə Azərbaycan mədəniyyətinə ziyan vuracam, nə də başqa bir şeyə. Sadəcə, o olacaq ki, mən Qırğızıstanda prezidentin toyunda iştirak edirdim, tədbirlərinə gedirdim, toxunulmazlıq hüququm vardı: 5-6 "xod" gedən müğənni vardısa, onun biri də mən idim. Polad Bülbüloğlu ora gələndə mən qarşılayırdım. Azərbaycan Qırğızıstana bir müğənni gəlmişdi. Onu elə-belə, yəni normal qarşılamamışdılar. Mən bunun üstündə bir dava etdim ki, gəl görəsən. Bəyəm mən bunu yad üçün edirdim? Sizin üçün edirdim. Hətta bir məsələ oldu: Azərbaycana görə qolumu balta ilə kəsdilər.

-Hansı məsələ?

- Dilimi dinc saxlaya bilmədim. Bir verilişə dəvət almışdım. Orada dedim ki, buraya nisbətən Azərbaycanda şou-biznes daha irəli gedib. Sonra da dedim ki, Bakı daha gözəl şəhərdir. "Sən bunu niyə demisən" deyib, üstümə tökülüşdülər. Böyük problem yaşadım. Qoluma balta ilə vurdular ki, hələ də izi qalıb. Müğənnilərlə aram dəydi.

Amma indi mənə qiymət verən yoxdur. Mən neyləmişəm? Adamdan soruşarlar ki, neyləmişəm, zəng etmişəm, sən Alışanov mənə tərbiyəsiz cavab vermisən. Xəcalət çəkməkdənsə, indi heyf çıxır. Mən heç bir vaxt kimdənsə nəsə istəməmişəm, sürünmüşəm. Seçkilərə öz puluma getmişəm, ac, susuz qalmışam, amma başqaları kimi nəsə istəməmişəm. Görün mən nə günə qalmışam ki, bu gün iki dənə musiqidən, səhnədən xəbəri olmayan prodüserlər iş tapır, sənə ağalıq edir. Sən də qalırsan kənarda. Gərək bəziləri kimi ağzıma gələni danışam. Arif kimi prezidentlər çox gəlib gedib. Amma Aslan kimi müğənnilər həmişə yaşayacaq və tarixdə qalacaq. Bu günə kimi bircə televiziya rəhbəri göstərin ki, onun adı tarixdə qalıb. Yoxdur. Ona görə də hər kəs öz yerini bilməlidir. Mən də öz yerimi bilən adamam. Konsertlərə baxıram yanıram. Başda gedən müğənniyə indi yer yoxdur. Mən prezidentə və Mehriban xanıma müraciət edəcəm.

Bahar Rüstəmli
AzNews.az