Mehriban Ələkbərzadə jurnalistləri təhqir etdi

Rejissor Mehriban Ələkbərzadə Elçinin "Qatil" əsəri əsasında çəkilən tamaşanın erotik janrda şəkillərini yayan jurnalistləri təhqir edib.

O, özünün "Facebook" sosial şəbəkəsində jurnalistləri bədbəxt "curnalist" adlandırıb.

"Bunu yazan yazar....Yeni bu qədər miskinləşib ki, bu yolla çörəkpulu qazanır? Jurnalistsən... Araşdırma ilə məşgul ol. Xüsusi xəbərlər carçısı ol... Ay bədbəxt...Bu yazınla nə demək istədin ki? Dünən ölüb babası, bu gün çıxır xatası? Nə olsun? Mən də anlayıram...Əslində qərəz başqadır e... Sadəcə yazığım gəldi o şəxsə. Acınacaqlı budur ki, insanlar bu qədər alçaldılıb ki, hər zümzüməyə qol açırlar? Anlamadığınız...Ya tərbiyə arşınınızın ölçə bilmədiyi mahiyyətdən bəhs etməyin. Gedin....3 badam bir qozu başqa mövzuda deyin...Curnalistlər".

Bahar Rüstəmli
AzNews.az