BSU-nun Yaradıcılıq fakültəsi dinləyici qəbulu ELAN edir



Uğurlardan danışmırıq, çünki bu, hamıya məlumdur: son bir il ərzində məzunlarımızdan Elmar Şahmarın "Azadlıq – 2012" Şeir nominasiyası üzrə qalib olması; Milli Ktab Müsabiqəsində Əfsanə Laçının Ən yaxşı uşaq nağılı nominasiyasında, Şəhriyar del Geraninin isə Ən yaxşı gənc yazar kimi birincilik qazanması və s., digər uğurlarımızı saymasaq belə, gücümüzdən xəbər verir.
Bu il, keçən il olduğu kimi, ölkədaxili ( Xaçmaz – RTV, Lənkəran - CTV) ilə kifayətlənmək fikrimiz yoxdur .
Gələcək planlarımız dinləyicilərin yaxında qonşu ölkələrə yaradıcılıq təcrübəsinə göndərilməsi, tanınmış yerli və xarici yazarların ustad dərslərində iştirakı, xarici universitetlərin tələbələri ilə birgə əməkdaşlıq çərçivəsində dərgilərin buraxılması, xarici dil (rus, ingilis, fransız, alman və s.) dərslərinin tədrisi, fakültənin təqdimatı ilə fərqlənən dinləyicilərin ödənişdən azad olunmasıdır.
Dərslər həftədə 3 dəfə olmaqla 3 akademik saat təşkil edir. Ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi, dünya ədəbiyyatı, cənub ədəbiyyatı, tərcümə işi, fəlsəfə və kulturologiya, poetika, xarici dil, ustad dərsləri və seçmə fənn blokunda dinləyicilərin istəyi üzərinə digər dərslərin tədrisi, fakültədə tanınmış imza sahiblərinin, ədəbi simaların dinləyicilərlə mütəmadi görüşləri, müxtəlif tədbirlərin təşkili, teatr, müzey və s. kimi ekpedisiyaların təşkili və s. Yaradıcılıq fakültəsinin iş prinsipidir.
Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər tələb olunur:
Yaradıcılıq mətni;
Tərcümeyi-hal;
Təhsil sənədinin (şəhadətnamə, attestat, diplom, tələbə bileti və s.) surəti;
Şəxsiyyət vəsiqəsinin surəti;
3x4 ölcüdə 2 ədəd fotoşəkil.
Təhsil müddəti 2 ildir.
Təhsil ödənişlidir, bir il üçün ödəniş haqqı 300 manatdır.
Müsabiqədən keçən şəxslər BSU Yaradıcılıq fakültəsinin dinləyicisi statusunda təhsil almaq hüququ qazanır.
Sənədlər 1 avqustdan 1oktyabra qədər BSU Əsas binasında aparılır (1 –ci mərtəbə, 114 –cü otaq)
Əlaqə telefonu: 050 386 79 40
image description image description image description image description image description image description image description image description image description