Əhməd Şəfəq Bakıda konsert verəcək - Özəl

Türkiyənin tanınmış sənətçisi Əhməd Şəfəq Bakıda möhtəşəm konsert verəcək.

Bu barədə AzNews.az-a sənətçinin özü məlumat verib: "Konsertə hazırlıqlar uzun müddətdir gedir. Bu dəfəki repertuarıma yeni mahnılar daxil edilib".

Ə. Şəfəq konsertin dekabrın 21-də Azərbaycan Dövlət Opera və Balet Teatrının binasında keçiriləcəyini də qeyd edib.

Qeyd edək ki, konsertin informasiya dəstəyi "AzNews-az" saytıdır.

Bahar Rüstəmli
AzNews.az