Telekanallardan Heydər Əliyev Fonduna şikayət ediləcək

"Mən bəzi verilişlərdə uşaqlara qarşı zorakılıqla bağlı imzatoplama kampaniyasına başlamışam. "Səni axtarıram" verilişində dövlət qurumunun hüqüqsünaslarının gözü qarşısında uşağa qarşı psixoloji zorakılıq baş verir. Neçə vaxtdır ki, mən bu verilişdə uşaqların qarşılaşdığı mənəvi və psixoloji zorakılıqları müşahidə edirəm. Amma təkcə "Səni axtarıram" deyil, ümumiyyətlə, başqa verilişləri də bu siyahıya qatmaq istəyirəm. Lazımı imzalar toplanandan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Milli Teleradio Şurası və Heydər Əliyev Fonduna göndəriləcək. Bu verilişlərdə uşaqlara qarşı mənəvi və psixoloji zorakılığın qarşısı alınmalıdır".

Bunu AzNews.az-a Azərbayan Uşaq Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib. Onun sözlərinə görə, bu verilişlərdən sonra sığınacağa yerləşdirilən uşaq və qadınların durumu olduqca gərgin olur: "Bu dəhşətdir. Reytinqə görə uşaqların taleyini oyuncağa çevirmək olmaz".


Bahar Rüstəmli
AzNews.az