“Nadir şah”ın müəllifindən Primadonnaya TƏKLİF


"Bir mismar bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli xilas edər. Nadir haranı xilas etdi ki, özünə "Şah" titulu götürdü?".


Bunu AzNews.az-a "Olaylar" qəzetinin baş redaktoru, "Nadir Şah" romanının müəllifi Yunus Oğuz bildirib.

O, Nadir Qafarzadəyə və ona bu titulu verənləri "Nadir Şah"ı oxumağı məsləhət görüb: "Heç olmazsa "Nadir Şah"ı oxusunlar.

Tarixdən xəbərsiz olanda özünə "Şah", yaxud "Prezident" titulu da götürəcək?"

Xatırladaq ki, ATV-nin "10-lar" verilişində Xalq artisti İlhamə Quliyeva Nadir Qafarzadəyə "Nadir Şah" titulu verdiyini bildirib: "Şou-biznes hamısı mənim əlimdən gəlib keçir. Sığalı mən çəkirəm. Ürəyimdən nə keçir deyirəm. Nadir də bizim "Nadir Şah"ımızdır. Mən ona bu titulu verdim".

Bahar Rüstəmli
AzNews.az