Eldar Mansurov: “Fəxri adı çoxdan unutmuşam”

"Amma yenə də sağ olsunlar. Sayıblar”

"Mən fəxri adın arxasınca qacan adam deyiləm. Buna görə heç bir vaxt hansısa məkanı, kiminsə qapısını döyməmişəm. Hətta sizə bir sirr aça bilərəm. Mən fəxri ad məsələsini çoxdan unutmuşam". Bunu AzNews.az-a xalq artisti, bəstəkar Eldar Mansurov bildirdi.

E.Mansurovun fikirincə, əsl sənətkar fəxri ad haqqında düşünməməlidir: "Məni həmişə sənətim maraqlandırıb. Amma yenə də sağ olsunlar. Sayıblar".

Bahar
AzNews.az