Qalmaqallı “Daş yuxular” romanının müəllifi, yazıçı Əkrəm Əylisli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın APA-ya müsahibəsi zamanı barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib. Qalmaqallı “Daş yuxular” romanının müəllifi, yazıçı Əkrəm Əylisli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın APA-ya müsahibəsi zamanı barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Əkrəm Əylisli Anardan aman dilədi: “Bu qədər zalımlıq olmaz”

Qalmaqallı “Daş yuxular” romanının müəllifi, yazıçı Əkrəm Əylisli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın APA-ya müsahibəsi zamanı barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.



O, AzNews.az-a açıqlamasında deyib ki, ziyalı keçmiş dostuna bu qədər zalım ola bilməz: "Anarın belə deməyi mənə elə gəlir ki, arxadan tikan vurmaq kimi şeydir. Onun tanıdığı bir çox yazıçı mənim əsərimin dünyada etimad yaratmaq məqsədilə yazıldığnı deyib. Əgər Anara elə gəlir ki, bu elə deyil, məhz onun düşündüyü kimidir, qoy elə də olsun. Mən bunu Anara yaraşdırmıram. Nə də ona arzulamıram ki, Əkrəm Əylisliyə qarşı bu dərəcədə zalımlıq göstərsin. Bu qədər zalımlıq olmaz. Vəzifə, kreslo əlindədir. Daha nə istəyir? Heç olmasa, keçmiş dostuna, qardaş dediyi adama bu qədər zalımlıq etməsin. Mən bunu deyə bilərəm. 12 alim bu əsəri "Nobel"ə layiq gördü. 25 ildir ki, mən Yazıçılar İttifaqına getmirəm. Anarın işinə qarışmıram, arada tənqidi fikirlərimi deyirəm. Mən ona ağır söz deməmişəm. Belə olan halda o hələ də məndən əl çəkimirsə, bu artıq onun vicdan işidir".

Qeyd edək ki, Anar Ə.Əylisliylə bağlı aşağıdakı fikirləri bölüşüb: "Ölkədə Əkrəmdəki kimi dövlət nişanlarını, titullarını əlindən alarlar, amma adı təmiz qalar. Mənə elə gəlir, cəsarətli adam başqa cür hərəkət edərdi. Bu məntiqə görə adının təmiz qalması üçün gərək düşmənə züy tutasan, öz xalqının əleyhinə aparılan təbliğata qoşulasan, təcavüzkara heç bir iradın olmasın, amma öz xalqını bacardıqca biabır edəsən. Çingiz Hüseynovun nəzərinə onu da çatdırmaq istəyirəm ki, Əkrəm kirvəmizin təltif olunduğu ordenlərin heç biri əlindən alınmayıb..."


Bahar RÜSTƏMLİ